...

İranda avtobus aşıb, yaralananlar var

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 13:29 (UTC +04:00)
İranın şimal-şərqində Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu ərazisində avtobus yoldan çıxaraq aşıb
İranda avtobus aşıb, yaralananlar var

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu ərazisində avtobus yoldan çıxaraq aşıb.

Trend-in məlumatına görə, bunu İranın Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu qubernatorunun müavini Hüseyn Əsədi deyib.

Onun sözlərinə görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb. Qubernator müavini qeyd edib ki, 45 sərnişini olan avtobus Qayin rayonundan Tehrana hərəkət edirmiş.

H.Əsədi əlavə edib ki, yaralılar Bəcestan rayonunun xəstəxanasına yerləşdiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti