...

Fransız qəhvə içməyə gəldi və1 milyon avro qazandı

Dünya xəbərləri Materials 29 Sentyabr 2019 03:22 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Kerchor şəhərinin sakini qəhvə içmək üçün kafeya daxil olub və orada "Euromillions" lotereya bileti alaraq 1 milyon avro qazanıb.

Trend-in məlumatına görə, şəhərin sakini bunları deyib: "Gün çox pis başladı. Mən qəhvə istədim, amma qəhvə maşını sınmışdı. Ən yaxın kafeyə getdim və eyni zamanda lotereya bileti də aldım. Həmin gün axşam bir SMS aldım və 1 milyon avro qazandım! Sevincdən qışqırdım. .. bu çox yaxşı xəbər idi".

Qeyd edək ki, qalib qazandığı pula ev alacağını söyləyib. Həmçinin o, Yeni Zelandiyaya səyahət eləməyi planlaşdırır. Şəhər sakini bildirib: "Bu qazanc mənim həyatımı yaxşılaşdıracaq, ancaq məni dəyişdirməyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti