...

İstanbulda terror aktlarının qarşısı alınıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2019 12:32 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda keçirilmiş antiterror əməliyyatları nəticəsində bir sıra terror aktlarının qarşısı alınıb.

Trend-in məlumatına görə, əməliyyatlar zamanı 22 PKK terrorçusu saxlanılıb.

İstintaq zamanı məlum olub ki, ticarət mərkəzlərində, vağzallarda və digər ictimai yerlərdə terror aktları planlaşdırılıbmış.

Bundan başqa, saxlanan şəxslər bələdiyyə başçılarına və deputatlara hücumlar hazırlayıbmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti