Bakı. Trend:
Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 16:00 üçün seçici aktivliyi 63,65 faiz təşkil edib.
Trend-in "BELTA"ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.
XXX
16:28
Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 14:00 üçün seçici aktivliyi 55,47 faiz təşkil edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Vadim İpatov deyib.
V.İpatov bildirib: "Ümumilikdə respublika üzrə 55,47 faiz seçici səs verib".
Onun sözlərinə görə, Mogilevsk və Qomel vilayətlərində seçkilər bütün seçki dairələrində baş tutub.
XXX
14:27
Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər çərçivəsində saat 09:00 üçün seçici aktivliyi 37,14 faiz təşkil edib.
Trend-in "BELTA"ya istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina deyib.
Onun sözlərinə görə, ən böyük seçici aktivliyi Mogilevsk vilayətində qeydə alınıb - 41,36 faiz. Bundan əlavə, Qomel vilayətində - 40,38 faiz, Vitebsk vilayətində - 38,63 faiz, Qrodnensk vilayətində - 37,43 faiz, Brest vilayətində - 35,14 faiz, Minskdə - 29,53 faiz təşkil edib.
MSK sədri xatırladıb ki, növbədənkənar səsvermədə seçici aktivliyi 35,77 faiz təşkil etmişdi.