...

İraqda etirazlar zamanı saxlanılan 2,6 min insan sərbəst buraxılıb

Dünya xəbərləri Materials 8 Dekabr 2019 20:15 (UTC +04:00)
İraq hakimiyyəti ölkədə keçirilən etiraz aksiyası zamanı saxlanılan 2626 nəfəri sərbəst buraxıb
İraqda etirazlar zamanı saxlanılan 2,6 min insan sərbəst buraxılıb

Bakı. Trend:

İraq hakimiyyəti ölkədə keçirilən etiraz aksiyası zamanı saxlanılan 2626 nəfəri sərbəst buraxıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraq Ali Məhkəmə Şurasının mətbuat xidmətindən bildiriblər.

Bəyanatda deyilir: "Etiraz aksiyası işlərinə baxan orqanlar dekabrın 8-i üçün 2626 nümayişçinin sərbəst buraxıldığını elan ediblər".

Bəyanatda qeyd edilir ki, 181 saxlanılan nümayişçi barəsində istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti