...

ABŞ Avropanın enerji təhlükəsizliyinin təminatı üçün 1 milyard $ ayrılmasına razılıq verib

Dünya xəbərləri Materials 12 Dekabr 2019 04:43 (UTC +04:00)
ABŞ Senat Kongresinin xarici işlər üzrə komitəsi, Avropanın enerji təhlükəsizliyinin təminatı və Rusiyanın rolunun azaldılması məqsədi ilə enerji təchizatı mənbələrinin diversifikasiyası üçün 1 milyard $ ayrılmasına dair qanun layihəsinə razılıq verib
ABŞ Avropanın enerji təhlükəsizliyinin təminatı üçün 1 milyard $ ayrılmasına razılıq verib

Bakı. Trend:

ABŞ Senat Kongresinin xarici işlər üzrə komitəsi, Avropanın enerji təhlükəsizliyinin təminatı və Rusiyanın rolunun azaldılması məqsədi ilə enerji təchizatı mənbələrinin diversifikasiyası üçün 1 milyard $ ayrılmasına dair qanun layihəsinə razılıq verib. Qanun tam tərkibli Senatın müzakirəsinə təqdim ediləcək.

Trend-in məlumatına görə, bu barədə komitə sədrinin ictimaiyi və mətbuat əlaqələri üzrə direktoru Süzana Ress deyib.

.Qanun layihəsi həmçinin ABŞ-ın Ticarət və İnkişaf Agentliyinə Avropa ölkələrinə kömək və bu məsələlərlə məşğul olmaq üçün əlavə heyət cəlb etmək üçün 5 milyon dollar ayrılmasınıda nəzərdə tutur. Oxşar qanun layihəsi artıq Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti