...

Argentinadan cənubda 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 8 Fevral 2020 02:50 (UTC +04:00)
Atlantik və Sakit Okeanların cənub hissələrini birləşdirən Dreyk boğazında 5,5 bal gücündə zəlzələ qeydə alınıb
Argentinadan cənubda 5,5 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Atlantik və Sakit Okeanların cənub hissələrini birləşdirən Dreyk boğazında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın geoloji Xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri təxminən 58 min insanın yaşadığı Argentinanın Uşuaya şəhərindən 704 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və ya dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti