...

İsveçrədə koronavirusdan ilk ölüm faktı qeydə alındı

Dünya xəbərləri Materials 5 Mart 2020 14:51 (UTC +04:00)

Bakı. Trend:

İsveçrədə koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, ölkənin qərbindəki Vo kantonunda martın 3-də xəstəxanaya yerləşdirilmiş 74 yaşlı xəstə vəfat edib.

Qeyd olunur ki, həmin şəxs xroniki xəstəliklərdən əziyyət çəkirmiş.

Xatırladaq ki, ilk dəfə Çində yayılmağa başlamış koronavirusa 76 ölkədə 92,5 mindən çox yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı 3,2 min nəfəri ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti