Bakı. Trend:
Tunis şəhərində ABŞ səfirliyinin yaxınlığında partlayış törədilib.
Trend-in məlumatına görə, hadisə intiharçı terrorçu tərəfindən törədilib.
Qeyd olunur ki, motosikletlə hərəkət edən terrorçu mühafizə xidmətinin yaxınlığında özünü partladıb.
Hadisənin təşkilatçıları və motivləri ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, Tunisdə 2015-ci ilin iyunundan bəri fövqəladə vəziyyət rejimi qüvvədədir.