...

Bir sıra ölkələr Avropa və ABŞ-dan səfərləri qadağan edir

Dünya xəbərləri Materials 13 Mart 2020 10:47 (UTC +04:00)
Yeni Zelandiya hökuməti Avropa ölkələrindən və ABŞ-dan səfərlərə məhdudiyyət qoymağı planlaşdırır
Bir sıra ölkələr Avropa və ABŞ-dan səfərləri qadağan edir

Bakı. Trend:

Yeni Zelandiya hökuməti Avropa ölkələrindən və ABŞ-dan səfərlərə məhdudiyyət qoymağı planlaşdırır.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Casinda Ardern deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər yaxın 48 saat ərzində tətbiq oluna bilər. Bundan başqa, Yeni Zelandiyadan Asiya-Sakit okean regionu ölkələrinə səfərlər məhdudlaşdırıla bilər.

Eyni zamanda Sinqapur hökuməti də son 14 gün ərzində İtaliya, Fransa, İspaniya və Almaniyada olan əcnəbi vətəndaşların ölkəyə daxil olmasını qadağan edib.

Sinqapur həmçinin öz limanlarını kruiz laynerlərinə bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti