...

Basketbolçudan avtoqraf aldı, koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 14 Mart 2020 12:11 (UTC +04:00)
ABŞ-da ikinci sinif şagirdi Milli Basketbol Liqasında (MBA) çıxış edən “Yuta Cazz” klubunun basketbolçusu Rudi Qoberdən avtoqraf alandan sonra koronavirusa yoluxub
Basketbolçudan avtoqraf aldı, koronavirusa yoluxdu

Bakı. Trend:

ABŞ-da ikinci sinif şagirdi Milli Basketbol Liqasında (MBA) çıxış edən “Yuta Cazz” klubunun basketbolçusu Rudi Qoberdən avtoqraf alandan sonra koronavirusa yoluxub.

Trend-in məlumatına görə, basketbolçu gənc azarkeşin təması martın 7-də “Yuta Cazz” və “Boston Seltiks” klublarının oyunundan əvvəl baş verib.

Qeyd edək ki, Rudi Qober koronavirusa yoluxan ilk MBA basketbolçusu olub.

MBA rəhbərliyi liqanın matçlarını qeyri-müəyyən müddətə dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti