...

“Volkswagen” Avropada zavodlarını bağlayır

Dünya xəbərləri Materials 17 Mart 2020 14:43 (UTC +04:00)
“Volkswagen Group” avtomobil konserni koronavirus pandemiyası ilə əlaqədar Avropada bir çox zavodun fəaliyyətini dayandırır
“Volkswagen” Avropada zavodlarını bağlayır

Bakı. Trend:

“Volkswagen Group” avtomobil konserni koronavirus pandemiyası ilə əlaqədar Avropada bir çox zavodun fəaliyyətini dayandırır.

Trend-in məlumatına görə, bu qərar virusun bazardakı tələbə mənfi təsir göstərməsi ilə əlaqədar verilib.

Bu həftənin sonunadək İspaniyadakı zavodların, Portuqaliyanın Setubal, Slovakiyanın paytaxtı Bratislava şəhərlərində, eləcə də İtaliyada “Lamborghini” və “Ducati” zavodlarının bağlanması planlaşdırılır.

Almaniyada və digər Avropa ölkələrindəki zavodlar isə iki-üç həftə ərzində fəaliyyətini dayandırmaq üçün hazırlıqlar aparacaq.

Bundan başqa, Fransanın “PSA Group” və “Renault” konsernləri də bir sıra zavodlarda istehsalatı dayandırdığını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti