...

Dünyada koronavirusa yoluxanların sayı 500 mini ötüb

Dünya xəbərləri Materials 27 Mart 2020 00:46 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 500 mini ötüb

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa yoluxanların sayı iki gün ərzində 100 mindən çox artaraq 500 mini ötüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hazırda dünyada COVİD-19 virusuna ən az 504 min yoluxma halı qeydə alınıb, onlardan 4,59 faizi (23 132 nəfər) ölümlə nəticələnib.

Koronavirus 150-dən çox ölkəyə yayılıb. Birinci yerdə hələ də pandemiyanın pikinin artıq keçdiyi Çin qalır, ardınca İtaliya, ABŞ, İspaniya, Almaniya, İran və Fransa gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti