...

Kanadada atışma nəticəsində ölənlərin sayı 19 nəfərə çatdı

Dünya xəbərləri Materials 20 Aprel 2020 23:21 (UTC +04:00)
Kanadada atışma nəticəsində ölənlərin sayı 19 nəfərə çatdı

Bakı. Trend:

Ötən gün Kanadanın Yeni Şotlandiya əyalətində baş verən atışma nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu əyalətin polis rəisi Kris Lezer deyib.

K.Lezer bildirib: "Təsdiq edə bilərəm ki, hazırda ölənlərin sayı 19 nəfərdir. Ölən 19 nəfərdən biri atəş açan şəxsdir. Yaxın günlərdə ölənlərin sayı arta bilər".

Onun sözlərinə görə, insident üzrə araşdırmalar davam etdirilir, polis əməkdaşları əyalətin 16 fərqli yerində baş vermiş cinayətlər üzərində işləyirlər.

Qeyd edək ki, aprelin 19-u 51 yaşlı Qebriel Uortman Kanadanın Yeni Şotlandiya əyalətinin müxtəlif hissələrində insanlara atəş açıb, bir neçə yaşayış evini yandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti