Bakı. Elnur Bağışov - Trend:
İranda ötən 24 saat ərzində 65 nəfər koronavirusdan (COVID-19) ölüb.
Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, indiyədək İranda bu virusdan ölənlərin sayı 6 156 nəfərə çatıb.
Nazirlik rəsmisi bildirib ki, ötən sutka ərzində daha 802 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Beləliklə İranda bu virusa yoluxanların sayı 96 448 nəfərə yüksəlib. Onlardan 2 787 nəfərin vəziyyəti ağırdır.
Cahanpur deyib ki, indiyədək ölkədə 77 350 nəfər koronavirusdan sağalıb.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 484 mindən çox test həyata keçirilib.