...

Türkiyədə 31 vilayətdə giriş-çıxış qadağası daha bir gün uzadıldı

Dünya xəbərləri Materials 3 May 2020 18:30 (UTC +04:00)
Türkiyə ölkənin 31 vilayətinə giriş-çıxış qadağasını daha bir gün uzatmaq qərarına gəlib
Türkiyədə 31 vilayətdə giriş-çıxış qadağası daha bir gün uzadıldı

Bakı. Trend:

Türkiyə ölkənin 31 vilayətinə giriş-çıxış qadağasını daha bir gün uzatmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, mayın 4-ü saat 00: 00-a qədər quru, hava və dəniz əlaqələri dayandırılacaq.

Məhdudiyyətlər Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbakır, Ərzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonguldak vilayətlərində tətbiq olunur.

Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 124 375 nəfərə yüksəlib, 4 451 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti