...

BMT İkinci Dünya müharibəsinin 75 illiyi münasibətilə bəyannamə hazırlayır

Dünya xəbərləri Materials 4 May 2020 11:37 (UTC +04:00)
BMT İkinci dünya müharibəsinin başa çatması və nasizm üzərində qələbənin 75 illiyi münasibətilə bəyannamə hazırlayır
BMT İkinci Dünya müharibəsinin 75 illiyi münasibətilə bəyannamə hazırlayır

Bakı. Trend:

BMT İkinci Dünya müharibəsinin başa çatması və nasizm üzərində qələbənin 75 illiyi münasibətilə bəyannamə hazırlayır.

Trend-in məlumatına görə, bunu təşkilatın baş katibi Antoniu Quterreş TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana özəl müsahibəsində deyib.

O bildirib ki, BMT üzv dövlətlərinin bu bəyannaməni dəstəkləyəcəyinə ümid edir:

“Biz BMT Baş Assambleyasının bütün üzvlərinin iştirakı ilə təntənəli iclas keçirməyi planlaşdırırıq. Ümid edirik ki, üzv dövlətlər BMT-nin İkinci Dünya müharibəsinin başa çatması və nasizm üzərində qələbə ilə bağlı mövqeyinin yer alacağı bəyannaməni dəstəkləyəcək”.

A.Quterreş xatırladıb ki, BMT də bu il 75 illiyini qeyd edir: “Təşkilatın yaranması Qələbə sayəsində mümkün oldu. Qələbə olmasaydı, BMT də olmayacaqdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti