Bakı. Trend:
ABŞ vitse-prezidenti Mayk Pens son iki gün ərzində iki dəfə koronavirusla bağlı testdən keçib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Tramp deyib.
D.Trampın sözlərinə görə, hər iki testin nəticəsi mənfi olub: "Vitse-prezident test etdi, nəticə mənfidir. O, ötən gün və bu gün testdən keçib <...> O, çox yaxşı formadadır".
Xatırladaq ki, mayın 8-i M.Pensin mətbuat katibi Keti Millərdə (D.Trampın müşaviri Stiven Millerin həyat yoldaşı) koronavirus aşkarlanıb.