...

Aİ 100 milyard avroluq məşğulluq proqramını təsdiq edib

Dünya xəbərləri Materials 19 May 2020 18:16 (UTC +04:00)
Avropa İttifaqı Şurası koronavirus pandemiyası fonunda əhalinin məşğulluğunun qısamüddətli qorunması proqramını təsdiq edib
Aİ 100 milyard avroluq məşğulluq proqramını təsdiq edib

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurası koronavirus pandemiyası fonunda əhalinin məşğulluğunun qısamüddətli qorunması proqramını təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə Aİ Şurasının mətbuat xidməti bildirib.

Qeyd olunur ki, SURE adlı proqramın dəyəri 100 milyard avro təşkil edir.

Proqrama əsasən, Aİ üzv ölkələri məşğulluğun qısa müddət ərzində qorunması üçün güzəştli şərtlərlə ümumilikdə 100 milyard avro kreditlər ala biləcək. Bu proqram ilk növbədə İtaliya və İspaniya kimi koronavirusdan daha çox əziyyət çəkmiş ölkələrə yardım məqsədi daşıyır.

Bundan başqa, Aİ Sabitlik və artım paktının müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Bu pakta əsasən Aİ ölkələri büdcə kəsiri ÜDM-in 3 faizini üstələməmlidir. Bu paktın icrasının dayandırılması ölkələrə daha çox kredit cəlb etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti