...

Moskvada koronavirus xəstəsi olan daha 73 xəstə ölüb

Dünya xəbərləri Materials 22 May 2020 05:31 (UTC +04:00)
Moskvada koronavirus xəstəsi olan daha 73 xəstə ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada koronavirus və əlaqəli xəstəliklərdən daha 73 xəstə ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahında bildiriblər.

Bildirilib ki, Moskvada sətəlcəm diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı edilən testlərin müsbət çıxdığı 73 xəstə vəfat edib.

Ümumilikdə paytaxtda koronavirusa yoluxma təsdiq edilmiş 1867 nəfər ölüb.

Son məlumatlara görə, Moskvada koronavirusa yoluxma hallarının sayı 155 219 nəfər təşkil edir, ümumilikdə 40 682 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti