...

Ermənistanda 12 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 3 İyun 2020 11:03 (UTC +04:00)
Ermənistanda 12 nəfər koronavirusdan öldü

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 10 524 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 515 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 170 nəfər koronavirusdan ölüb, 6 900 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti