...

Çilidə koronavirusdan ölənlərin sayında düzəliş edilib

Dünya xəbərləri Materials 8 İyun 2020 13:33 (UTC +04:00)
Çilidə koronavirusdan ölənlərin sayında düzəliş edilib

Bakı. Trend:

Çilidə koronavirus infeksiyasından ölənlərin sayılması üsulu dəyişidirilib.

Trend-in məlumatına görə, nəticədə ölkədə xəstəlikdən ölənlərin sayı 653 nəfər artıb.

Çilinin səhiyyə naziri Xayme Manyaliç bildirib ki, ölkədə polimeraz zəncirvari reaksiya testlərinin nəticəsi məlum olmadan ölən xəstələr də koronavirusdan ölən kimi qeydiyyata alınacaq.

Qeyd edək ki, bu günədək Çilidə 134 150 nəfər koronavirusa yoluxub, 2 190 nəfər isə ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti