...

Norveçdə məsciddə atışma açan şəxs ən ağır cəzanı aldı

Dünya xəbərləri Materials 11 İyun 2020 13:03 (UTC +04:00)

Bakı. Trend:

Norveç məhkəməsi ötən ilin avqustunda paytaxt Oslo yaxınlığında atışma törətmiş Filip Manshausu 21 il müddətinə azadlıqdan məhrum edib.

Trend-in məlumatına görə, məhkum 14 ildən sonra azadlığa çıxa bilər.

Qeyd edək ki, F.Manshaus 2019-cu ilin avqustunda ögey bacısını qətlə yetirdikdən sonra yaxınlıqdakı məsciddə atəş açmışdı. Həmin insident nəticəsində bir neçə nəfər yaralanmışdı.

Norveç qanunvericiliyinə əsasən, ən ağır cəza müddəti 21 ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti