...

Gürcüstanda koronavirusa 5 yeni yoluxma qeydə alındı

Dünya xəbərləri Materials 18 İyun 2020 11:00 (UTC +04:00)
Gürcüstanda koronavirusa 5 yeni yoluxma qeydə alındı

Bakı. Trend:

Gürcüstanda koronavirusa yoluxanların sayı 893 nəfərə çatıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 5 yeni yoluxma faktı aşkarlanıb.

Bu günədək Gürcüstanda 14 nəfər koronavirusdan ölüb, 739 nəfər isə sağalıb. Xəstəxanalarda 140 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə iyunun 15-dən etibarən daxili turizm bərpa olunub. Beynəlxalq turizmin iyulun 1-dən açılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti