...

Rusiyada koronavirusa daha 6 791 nəfər yoluxub

Dünya xəbərləri Materials 28 İyun 2020 15:01 (UTC +04:00)
Rusiyada koronavirusa daha 6 791 nəfər yoluxub

Bakı. Trend:

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa daha 6 791 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə koronavirusun yayılmasına qarşı Operativ Qərargahdan bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 634 437 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 104 nəfər vəfat edib, 5 735 nəfər isə sağalıb. Ölənlərin ümumi sayı 9 073 nəfər, sağalanların sayı isə 399 087 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti