...

Çində son sutkada 101 koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 29 İyul 2020 07:18 (UTC +04:00)
Çində son sutkada 101 koronavirusa yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Son sutka ərzində Çində 101 aktiv, 27 asimptomatik yeni koronavirusa yoluxma aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin rəsmi saytında bildirilib.

Məlumata əsasən, aktiv hallardan 98-i ölkə daxilində qeydə alınıb: 89-u Sincan Uyğur Muxtar Rayonunda, 9-i şimal-şərqdə yerləşən Lyaonin əyalətində, biri paytaxt Pekində.

Əvvəlki gün ərzində ğlkədə 68 aktiv, 34 asimptomatik yoluxma halı aşkarlanıb. Ümumilikdə Çində 4 634 nəfər koronavirusun qurbanı olub, 84 060 aktiv yoluxma hadisəsi baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti