...

Rusiyada koronavirus vaksininin istehsalı başlayıb

Dünya xəbərləri Materials 15 Avqust 2020 14:34 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin hazırladığı koronavirus vaksininin istehsalına başlanılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi bildirib.

Qeyd edək ki, Rusiya dünyada ilk koronavirus vaksinini avqustun 11-də qeydiyyatdan keçirib. "Sputnik V" adı verilən vaksinin sınaqları iyun-iyul aylarında keçirilib. Rusiya artıq 20 ölkədən 1 milyard doza vaksininin tədarükü üçün sifarişlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti