Bakı. Trend:
Növbəti on il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısı olacaq.
Trend-in məlumatına görə, bu barədə “Fitch Solutions” şirkətinin proqnoz-hesabatında deyilir.
Proqnoza əsasən, Rusiyada qızıl hasilatı 2020-ci ildə 11,3 milyon unsiyadan 2029-cu ildə 15,5 milyon unsiyayadək artacaq. Bu göstərici hazırda ən iri qızıl hasilatçısı olan Çindən daha yüksək olacaq.
2029-cu ildə dünya qızıl hasilatının 11,6 faizi Rusiyanın payına düşəcək. Hazırda bu göstərici 10,6 faizə bərabərdir.
2020-2029-cu illərdə Rusiyada qızıl hasilatı illik 3,7 faiz artım nümayiş etdirəcək. Çində isə artım 0,2 faizə bərabər olacaq.