...

Moskvada koronavirusdan daha 75 nəfər ölüb

Dünya xəbərləri Materials 15 Noyabr 2020 02:44 (UTC +04:00)
Moskvada koronavirusdan daha 75 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 75 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 75 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 7 787 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti