...

Rusiyada koronavirusa yoluxanların sayı 2 milyonu keçdi

Dünya xəbərləri Materials 19 Noyabr 2020 12:09 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı 2 milyonu keçdi

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 23 610 nəfər virusa yoluxub, 463 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 015 608 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 34 850 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 526 656 nəfər virusdan sağalıb, 454 102 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti