...

Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 26 Noyabr 2020 12:48 (UTC +04:00)
Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü

Bakı. Orxan Nəbiyev Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 2,18 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 25 487 nəfər virusa yoluxub, 524 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 187 990 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 38 062 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 685 492 nəfər virusdan sağalıb, 464 436 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti