...

Ötən sutka Moskvada koronavirusdan 73 nəfər ölüb

Dünya xəbərləri Materials 3 Dekabr 2020 02:35 (UTC +04:00)
Ötən sutka Moskvada koronavirusdan 73 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 73 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 73 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 9 126 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti