...

Texasda neft anbarında partlayış baş verib

Dünya xəbərləri Materials 6 Dekabr 2020 06:16 (UTC +04:00)
Texasda neft anbarında partlayış baş verib

Bakı. Trend:

ABŞ-ın Korpus-Kristi şəhərində (Texas ştatı) "Magellan Midstream Partners" şirkətinin zavodu ərazisində yerləşən neft anbarında partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində zavodun 7 əməkdaşı xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.

Bildirilir ki, partlayışdan sonra meydana gələn yanğın yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb.

Partlayışın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti