Bakı. Trend:
Kolumbiyanın şimal-qərbində minik avtomobili dərəyə aşıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, San-Luis bələdiyyəsində (Antiokiya departamenti) baş verən yol qəzası nəticəsində azı 3 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb.
İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
İnsidentlə bağlı araşdırma aparılır.