...

Yerevanda bank direktorunun avtomobili partladıldı

Dünya xəbərləri Materials 9 Dekabr 2020 15:02 (UTC +04:00)
Yerevanda bank direktorunun avtomobili partladıldı

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə dekabrın 9-da səhər saatlarında baş verib.

Hadisə zamanı direktor avtomobildə olsa da, xəsarət almayıb.

Qeyd olunur ki, partlayış direktor avtomobili işə saldıqdan və bir neçə metr irəlilədikdən sonra olub.

Polis hadisə ilə bağlı araşdırmalar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti