...

"Space X" ABŞ kəşfiyyat peykinin buraxılışını təxirə saldı

Dünya xəbərləri Materials 17 Dekabr 2020 21:27 (UTC +04:00)
"Space X" ABŞ kəşfiyyat peykinin buraxılışını təxirə saldı

Bakı. Trend:

"Falkon" 9 raket daşıyıcısının startından əvvəl müəyyən edilmiş problemlər səbəbindən ABŞ Milli Kosmik Kəşfiyyat Agentliyinin (NRO) gizli "NROL-108" peykinin orbitə çıxarılması bir gün təxirə salındı.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə "Space X" operatoru məlumat verib.

Raketin buraxılışı cümə axşamı günü ABŞ-ın şərq sahili vaxtı ilə 09:45-də (18:45 GMT+4) Florida ştatındakı Kanaveral "LC-39A" kosmodromundan həyata keçirilməli idi. Son anda sensorlar maye oksigen bakında artan təzyiq qeyd etdilər. Şirkət problemi həll etmək üçün buraxılışı təxirə salmaq qərarına gəldi.

"NROL-108" peykinin məqsədi, orbiti, ölçüsü və digər xüsusiyyətləri barədə rəsmi məlumat verilmir. Bu tip peyklərin missiyası və imkanları ciddi şəkildə gizli saxlanılır. Peykin kütləsi 7 tona çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti