...

Britaniyada bir sutkada koronavirusa 35,9 min yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 20 Dekabr 2020 22:03 (UTC +04:00)
Britaniyada bir sutkada koronavirusa 35,9 min yoluxma qeydə alınıb

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 35,9 min yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2,04 milyon nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 326 nəfər ölüb, ölənlərin sayı 67,4 min nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti