...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 795 mindən çox artıb

Dünya xəbərləri Materials 20 Dekabr 2020 23:15 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 795 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 795 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 795 942 nəfər yeni koronavirusa yoluxub, 10 256 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 75 098 369, ölənlərin isə 1 680 339 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti