...

İranda daha 152 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 24 Dekabr 2020 15:04 (UTC +04:00)
İranda daha 152 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 152 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatna görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 308 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 178 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 183 187 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 371 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 924 685 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 7,25 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti