...

Kiprdə koronavirusun yeni ştammına yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 3 Yanvar 2021 22:23 (UTC +04:00)
Kiprdə koronavirusun yeni ştammına yoluxma halı qeydə alınıb

Bakı. Trend:

Daha əvvəl Birləşmiş Krallıqda aşkar edilən koronavirusun yeni variantı indi Kiprdə qeydə alınıb. Həmin virusa 12 nəfər yoluxub.

Trend-in məlumatına görə, Kipr Səhiyyə Nazirliyi Böyük Britaniyadan gələn və koronavirusla bağlı verdikləri testləri pozitiv çıxmış 19 nəfərin analizlərinin əlavə yoxlanışının nəticələrini də açıqlayıb.

Qeyd edilib ki, Böyük Britaniyadan gələnlərdən alınan bütün müsbət nümunələr Kipr Nevrologiya və Genetika İnstitutuna göndərilib:

"6 - 20 dekabr 2020-ci il tarixlərində yoxlanılmış 19 nümunədən 12-də VOC 202012/01 ştammı müəyyən edilib".

Bu testlər Avropa Xəstəliklərin profilaktikası və idarəetmə Mərkəzinin geniş proqramı çərçivəsində aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti