...

Böyük Britaniyada "AstraZeneca" vaksini ilə peyvəndləmə başlayıb

Dünya xəbərləri Materials 4 Yanvar 2021 13:03 (UTC +04:00)
Böyük Britaniyada "AstraZeneca" vaksini ilə peyvəndləmə başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Böyük Britaniyada "AstraZeneca" şirkəti və Oksford Universitetinin birgə hazırladığı koronavirus vaksini ilə peyvəndləmə prosesi başlayıb.

Trend-in məlumatına görə, ölkədə kliniki sınaqlar çərçivəsindən kənarda ilk peyvəndlənən şəxs 82 yaşlı Brayan Pinker olub.

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, hazırda ölkədə 530 min doza "AstraZeneca" vaksini mövcuddur.

Yanvarın ortalarınadək gündəlik vaksin istehsalının 2 milyon dozayadək çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti