Bakı. Trend:
Nigeriyanın mərkəzində avtobus ilə yük maşınının toqquşması nəticəsində ən azı 14 nəfər öldü.
Trend-in məlumatına görə, bu barədə ölkənin Punch qəzeti bildirib.
Yerli hakimiyyət nümayəndəsinin sözlərinə görə, qəza Koqi ştatında Lokoca-Obacan magistral yolda baş verib.
Bir neçə nəfər yaralanıb, onların sayı dəqiqləşdirilməyib. Polis hadisənin səbəbi ilə bağlı araşdırma aparır.