Bakı. Trend:
Türkiyənin Diyarbəkir vilayətində terrorçularla atışma nəticəsində Türkiyə Silahlı Qüvvələrinin jandarmeriya əməkdaşı həlak olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, atışma zamanı iki jandarmeriya əməkdaşı da yaralanıb.
Bölgədə əməliyyatın davam etdiyi qeyd olunur.