Bakı. Trend:
Braziliyanın Parana ştatında sərnişin avtobusu dərəyə aşıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza zamanı avtobusda 59 nəfər olub. Qəza nəticəsində 21 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan 7-nin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.