...

"Volkswagen" Braziliyada istehsalı dayandırır

Dünya xəbərləri Materials 20 Mart 2021 07:45 (UTC +04:00)
"Volkswagen" Braziliyada istehsalı dayandırır

Bakı. Trend:

Almaniyanın "Volkswagen" avtokonserni yeni növ koronavirus (COVİD-19) ilə əlaqədar sanitariya və epidemioloji vəziyyətin pisləşməsi fonunda Braziliyada istehsalı dayandırır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə konsernin yerli bölməsinin saytında açıqlama yerləşdirilib.

Açıqlamada deyilir: "Volkswagen Brasil" San-Paulu və Parana ştatlarında yerləşən bütün fabriklərində istehsal fəaliyyətini martın 24-dən başlayaraq 12 günlük dayandırır. Braziliya ştatlarında artan yoluxma halları və intensiv terapiya bölmələrində yataqların sayını nəzərə alaraq, şirkət işçilərinin və ailələrinin sağlamlığını qorumaq üçün bu addımı atır".

"Volkswagen Brasil"in inzibati heyəti məsafədən işə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti