...

NASA helikopteri Marsda ilk uçuşunu aprelin 11-dən tez olmayaraq edəcək

Dünya xəbərləri Materials 2 Aprel 2021 05:53 (UTC +04:00)
NASA helikopteri Marsda ilk uçuşunu aprelin 11-dən tez olmayaraq edəcək

Bakı. Trend:

"Perseverance" (Əzmkarlıq) adlı planet roveri ilə birgə Marsa çatan "Ingenuity" (İxtiraçılıq) adlı helikopter Qırmızı Planetdə ilk sınaq uçuşunu 11 apreldən təz olmayaraq həyata keçirəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) bildirib.

Uçuşun nəticələri barədə məlumatlar, əgər bu müddət ərzində baş verərsə, Yer kürəsinə növbəti gün - 12 aprel tarixində verilə bilər.

Bundan əvvəl ABŞ kosmik agentliyi uçuşun 8 aprel tarixində reallaşa biləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti