...

Belçikada koronavirusa yoluxanların sayı 900 min nəfəri ötüb

Dünya xəbərləri Materials 6 Aprel 2021 03:18 (UTC +04:00)
Belçikada koronavirusa yoluxanların sayı 900 min nəfəri ötüb

Bakı. Trend:

Belçikada yeni koronavirusa yoluxanların sayı 900 min nəfəri ötüb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 900 996 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 23 169 nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti