...

Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb

Dünya xəbərləri Materials 23 Aprel 2021 05:47 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 65 593 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 354 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 37 329 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 54 791 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 501 382 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 65 593 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 909 935 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti