...

Moskva Veteranlar Şurası Dağlıq Qarabağdakı faşist Njdeyə aid heykəlin sökülməsinə çağırır

Dünya xəbərləri Materials 5 May 2021 23:11 (UTC +04:00)
Moskva Veteranlar Şurası Dağlıq Qarabağdakı faşist Njdeyə aid heykəlin sökülməsinə çağırır

Bakı. Trend:

Moskva vilayətindən olan Müharibə və Əmək Veteranları Şurası faşist Njdenin Dağlıq Qarabağdakı heykəlinin sökülməsi çağrışı ilə federal orqanlara müraciət edib.

Trend-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, müvafiq xahiş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə göndərilib.

Keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisə kimi faşizm üzərində qələbənin vacibliyini vurğulayaraq, təşkilat Qarabağdakı məhz Rusiya sülhməramlılarının olduğu zonada Njdeyə aid heykəlin olmasının yolverilməz olduğunu xəbərdar etdi. Eyni zamanda, Şura Rusiyanın bütün veteranlarına müraciət edərək, Rusiya Federasiyasının hakimiyyətinə edilən bu müraciəti dəstəkləmələrini xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti