...

Almaniya Senegala peyvənd istehsalı üçün 20 milyon avro ayırmaq niyyətindədir

Dünya xəbərləri Materials 18 İyun 2021 07:02 (UTC +04:00)
Almaniya  Senegala peyvənd istehsalı üçün 20 milyon avro ayırmaq niyyətindədir

Bakı. Trend:

Almaniya Afrika qitəsində istifadəyə yararlı vaksinlərin istehsalını təşkili üçün Senegala maliyyə yardımı etməyə hazırdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Gerd Müller deyib.

Nazir bildirib ki, bu məqsədlə maliyyə vəsaitlərinin 2022-ci ilin aprel ayına qədər Dakar Paster İnstitutuna göndərilməsi planlaşdırılır.

Hazırda Afrika koronavirusa qarşı vasitələrinin təxminən 99 faizini idxal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti